Bakı. Trend:
Bakının bir sıra rayonlarında su kəsiləcək.
Trend xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, su xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər fasilə yaranacaq.
00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.