Bakı. Trend:
Bu gün Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günüdür.
Hazırda məktəbdə 122 şagird təhsil alır. İlin sonundək bu sayın 400-ə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Trend Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günündən fotoları təqdim edir: