...

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 10 Oktyabr 2024 14:42 (UTC +04:00)
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Trend xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xəbər lenti

Xəbər lenti