...

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsində benefisiar sayı 315 nəfərə çatdırılacaq

Cəmiyyət Materials 14 Oktyabr 2024 17:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində onlar təkcə təqaüd deyil həm də Təcrübə və təlim proqramlarından yararlanmaq imkanı qazanır. Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. Ümumilikdə 4 belə proqram həyata keçirilib. Proqramlarda iştirak edənlərdən 5 nəfər şəhid xanımıdır.

Trend xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı deyib.

O bildirib ki, “Gənc Qızların Təhsilinə Dəstək” layihəsində benefisiar sayı 315 nəfərə çatdırılacaq. Layihə çərçivəsində "Paria" təqaüd və inkişaf proqramı həyata keçirilib ki, bu proqrama 1800-ə yaxın müraciət olub. "Zərif mühandislər təqaüd proqramınına isə 215 qız cəlb edilib.

“Digər uğurlu layihələrimiz isə "Maya Hacıyeva adına İKT bacarıqları təqaüd proqramı və “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” olub. Cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan aztəminatlı ailələrdən olan 131 tələbə qıza təqaüd verilib”.

Xəbər lenti

Xəbər lenti