...

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2024 12:45 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti