...

"Kartdan karta" üsulu ilə işləyən daha 90 sahibkara maliyyə sanksiyaları tətbiq edilib

Cəmiyyət Materials 2 Noyabr 2024 14:54 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

"Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır",- qurumdan əlavə edilib.

Xəbər lenti

Xəbər lenti