Bakı. Trend:
Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Cədvələ əsasən, gələn il yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.