...

Bakıda "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 3 Dekabr 2024 10:58 (UTC +04:00)
Bakıda "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş “Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi” mövzusunda tədbir təşkil edib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib.

Trend xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı (ƏŞTİ) tərəfindən təşkil olunan bu tədbir Beynəlxalq Əlillər Gününə həsr olunub.

Tədbirdə Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli tədbirdə çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarını, rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşkil etmək məqsədi ilə hər il 3 dekabr tarixində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd olunur.

O qeyd edib ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu gün, əlilliyi olan şəxslərin həyatına, hüquqlarına təsir edən əsas problemləri aradan qaldırmaq üçün dəstək toplamaq və marifləndirmə sahələrini artırmağı hədəfləyir.

"Azərbaycanda da bu gün 1994-cü ildən qeyd olunur və hər il sistematik olaraq müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar və eyni zamanda əlilliyi olan şəxslərin iştirakı ilə qeyri-hükmət təşkilatları tərəfindən müəyyən tədbirlər keçirilir.

Çox yaxın bir neçə həftə bundan qabaq Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. COP29 zamanı da əlilliyi olan şəxslərlə bağlı fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyət göstəriblər. COP gündəliyinə əlillik mövzusunun salınması mühüm məsələ idi, əminik ki, növbəti COP-larda da bu mövzu aktual olaraq qalacaq. COP29 inklüzivlik baxımından da çox mühüm tədbir oldu",- deyə o əlavə edib.

Öz növbəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, Azərbaycanda məhdud imkanlı insanların həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülüb.

"Bu gün, Beynəlxalq Əlilliyi Olan Şəxslər Günündə biz hər bir fərdin ləyaqət və bərabər şərtlərdə yaşaya biləcəyi inklüziv cəmiyyətlərin yaradılmasına dair ümumi öhdəliyimizi bir daha təsdiqləyirik. İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarımızda inklüzivliyə üstünlük verilməsi, əlillərin səsinin eşidilməsi və onların ehtiyaclarının tam şəkildə qarşılanması zəruridir. Azərbaycan əlçatanlığın artırılması, əlilliyi olan şəxslərin səlahiyyətləndirilməsi və heç kimin kənarda qalmadığı gələcəyin qurulması istiqamətində səylərinə sadiq qalır”, - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) hazırlanmasında məhdud imkanlı insanlar nəzərə alınmalıdır.

“İqlim dəyişikliyi qeyri-mütənasib şəkildə həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə təsir edir, lakin qərarların qəbulunda onların səsləri çox vaxt eşidilmir. Hekayəni dəyişmək, innovasiyaları tətbiq etmək və bütün dünyada iqlim strategiyalarını inklüziv yanaşma təməl daşının üzərində qurmaq vaxtıdır. Biz birlikdə iqlim fəaliyyətini ədalətli edə bilərik, əlilliyi olan şəxsləri bu dəyişikliyin əsas qüvvələri kimi gücləndirə bilərik”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva əlavə edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün bütün təbəqələri əhatə edən yanaşma tətbiq olunmalı, bu zaman səhiyyə, təhsil, iqtisadiyyat və sosial xidmətlərin davamlılığı qorunmalıdır.

Vladanka Andreyeva xatırladıb ki, cəmi 10 gün əvvəl Bakıda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatıb.

“Azərbaycan dünya ölkələrinin nümayəndələrini qəbul etdi, iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf barədə konsensusa nail oldu və gündəlikdəki müxtəlif məsələlər üzrə irəliləyiş əldə etdi. COP29-da sədrliyi gələn ilə qədər, Braziliyaya təhvil verilmədən əvvəl Azərbaycan davam etdirəcək. Bu, üzərimizə götürdüyümüz öhdəlikləri, xüsusən də hər kəsin danışıqlarda iştirakı və səsi olmasını təmin etmək üçün inklüzivliklə bağlı vəzifələri yerinə yetirmək üçün bir fürsətdir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti