Şuşa. Trend:
"Yaradıcılıq marafonu"nda əsas məqsəd islam ölkələrindən olan kreativ gəncləri bir araya gətirməkdir.
Trend xəbər verir ki, bu sözləri "Gənclər Paytaxtı" Şuşa şəhərində Mədəniyyət Nazirliyin təşkil etdiyi "Yaradıcılıq marafonu"nda mentor kimi fəaliyyət göstərən "Baku Fashion Academy"nin rəhbəri Yekaterina Eren jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “yaradıcılıq marafonu”da 21 nəfər iştirak edir:
"Komandalar ötən gün dörd sahəyə bölündülər. Onlar müxtəlif geyimlər yaradırlar. Düşünürəm ki, iştirakçılar bu proqramda uğurlu işlər ortaya qoyacaqlar. Hər kəs çox həvəsli şəkildə işləyir. "Baku Fashion Academy"nin də tədbirdə olması sevindirici məqamdır. Bu, islam ölkələrindən olan kreativ gənclərin bir araya gəlməsinə kömək olacaq".
Qeyd edək ki, İslam ölkələrindən olan gənclər dörd fərqli sahə - animasiya, dizayn, film və moda mövzusunda öz məhsullarını nümayiş etdirəcəklər.