...

“Maserati” Azərbaycanda premium auditoriyaya yönəlik strategiyasını genişləndirir - Filipp Klaverol (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2024 10:55 (UTC +04:00)
“Maserati” Azərbaycanda premium auditoriyaya yönəlik strategiyasını genişləndirir - Filipp Klaverol (FOTO)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

“Maserati”nin Azərbaycan bazarına dair strategiyası ölkədə elektromobillərə artan diqqət fonunda daha da inkişaf edir.

Bu barədə Trend-ə özəl müsahibəsində “Maserati”nin xarici bazarlar üzrə rəhbəri Filipp Klaverol bildirib.

“Azərbaycanda hökumət elektromobillərin təşviqinə ciddi səylər göstərir ki, bu da dünyada kifayət qədər nadir haldır. “Maserati” ənənəvi olaraq yüksək performanslı benzin mühərriklərinə malik avtomobilləri ilə tanınsa da, ətraf mühitin davamlılığına töhfə vermək məqsədilə elektrik mühərrikli avtomobillər təklif etmək məsuliyyətini dərk edir”, - deyə o bildirib.

Filipp Klaverol qeyd edib ki, Azərbaycanda mövcud olan bütün “Maserati” avtomobilləri ölkənin “yaşıl keçid” hədəflərinə uyğun olaraq həm benzin, həm də tam elektrik variantları ilə təklif olunur. Elektromobillərin bazara çıxarılması xüsusilə Azərbaycanda keçirilən COP29-dan sonra böyük əhəmiyyət daşıyır, çünki sammitdə təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu siyasət “Maserati” üçün böyük bir fürsətdir və şirkətin Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməyə kömək edəcək.

“Azərbaycanda iştirakını daha da genişləndirmək məqsədilə “Maserati” yaxın günlərdə Bakıda yeni diler mərkəzini açıb. Bu mərkəz “Maserati”nin ən yeni nəsil şourumlarını təmsil edir. Bizim Azərbaycanda yeni tərəfdaşımız var və onları etibarlılığı və satış sonrası xidmət sahəsindəki güclü nüfuzlarına görə seçmişik. Bu, bizim üçün çox vacibdir. Yeni diler mərkəzi yerli müştərilərə daha yüksək xidmət təklif etmək və müştəri məmnuniyyətini təmin etmək məqsədini daşıyır”, - deyə “Maserati” nümayəndəsi vurğulayıb.

O, Azərbaycanın artan iqtisadi imkanlarına da toxunaraq qeyd edib ki, ölkənin uğurlu sahibkarları və şirkətləri “Maserati”nin fəaliyyəti üçün möhkəm əsas yaradır.

“Biz bilirik ki, lüks avtomobillər satırıq və Azərbaycanda bazarımız inkişaf etməkdədir. Buna görə də bizim üçün Azərbaycanda, xüsusən də Bakıda olmaq və ən yaxşı satış sonrası xidmət təklif edə biləcək etibarlı tərəfdaşla işləmək vacibdir”, - deyə o əlavə edib.

Filipp Klaverol bildirib ki, “Maserati” gələcək innovasiyalar üzərində işləməyə davam edir və həm lüks, həm də davamlılığa cavab verən modellər inkişaf etdirir. Şirkət hazırda “GranTurismo” və “GranCabrio” modellərini həm benzin, həm də elektrik mühərrikli variantlarda təqdim edir. Bundan əlavə, “Maserati” superkar “MC20” üzərində işləyir və yaxın vaxtlarda sahibkarlar üçün həm yüksək performans, həm də gündəlik istifadə üçün mükəmməl olan yeni “GT2 Stradale” modelini təqdim edib.

“Maserati”nin “Furioserie” proqramı çərçivəsində fərdiləşdirmə yanaşması Azərbaycan müştərilərinə avtomobillərini unikal şəkildə şəxsi zövqlərinə uyğunlaşdırmaq imkanı təqdim edir. Biz müştərilərə istədikləri rəng və interyeri seçmək imkanı veririk. Əgər müştəri xüsusi bir rəng istəyirsə, biz onu təmin edə bilərik. Bu fərdiləşdirmə səviyyəsi müştərilərimizə təqdim etdiyimiz ən yüksək lüks anlayışını əks etdirir”, - deyə F.Klaverol bildirib.

O əlavə edib ki, “Maserati”nin strategiyası üç əsas sahəyə fokuslanmağa davam edəcək: lüks avtomobillər, elektromobillər və idman avtomobilləri.

“Biz İtalyan lüksünü, idman performansını və indi də elektrik mobilliyini bir araya gətirərək müştərilərimizə sevinc bəxş etməyə – bunu biz “Alegria” adlandırırıq – sadiqik”, - deyə Filipp Klaverol yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti