Bakı.Trend:
Azərbaycanda radio stansiyalarınının sayının artırılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radioyayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə deyib..
O bildirib ki, radiostansiyaların sayı 19-a çata bilər.
“Son 5 ildə radio stansiyaların sayı 2 dəfə artıb. Artıq 2 radio tezliyi tenderdədir. Əgər tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq”, - deyə sədr qeyd edib.