Bakı. Trend:
Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibbi kadrların vahid idarəetmə konsepsiya sənədi hazırlanıb.
Trend xəbər verir ki, bunu bu gün Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, konsepsiya sənədi səhiyyə sahəsində islahatlar çərçivəsində qısa müddətdə təqdim olunacaq.