...

Bakı və regionlarda olan bir çox xəstəxanalar onlayn növbə sisteminə keçib - TƏBİB

Cəmiyyət Materials 12 Dekabr 2024 16:09 (UTC +04:00)
Bakı və regionlarda olan bir çox xəstəxanalar onlayn növbə sisteminə keçib - TƏBİB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq Bakı şəhərində və regionlarda olan bir çox xəstəxanamız onlayn növbə sisteminə keçib.

Trend xəbər verir ki, bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbano Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"İlk olaraq bu layihəyə Yeni Klinikada başlanılmışdı. Hədəfimiz odur ki, çox qısa müddətdə bütün ölkə üzrə onlayn növbələrə başlayaq. Vətəndaş əvvəlcədən növbəyə yazılmaqla həkim qəbullarına düşə bilsin. Artıq növbə sistemləri qurulur. Vətəndaş xəstəxanaya müraciət etdikdə elektron növbəni əldə edə bilir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti