...

Ötən ay altı uşaq övladlığa götürülüb

Cəmiyyət Materials 8 Fevral 2025 11:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar ayında altı uşaq övladlığa götürülüb, iki uşaq isə himayədar ailəyə verilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.

21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.

Xəbər lenti

Xəbər lenti