...

Qadınların savadlılığının və təhsil səviyyəsinin artırılması çox vacibdir - Emin Əmrullayev

Cəmiyyət Materials 10 Fevral 2025 13:25 (UTC +04:00)
Qadınların savadlılığının və təhsil səviyyəsinin artırılması çox vacibdir - Emin Əmrullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilli və təhsilsiz anaların uşaların təhsilinə təsiri arasında ciddi fərq var.

Trend xəbər verir ki, bunu bu gün Elm və Təhsil naziri Emin Əmrullayev Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.

O bildirib ki, ananın savadının uşağının təhsil göstəricilərinə nə qədər təsir etdiyi əyani şəkildə görünür.

"Ananın savadının uşağının təhsil göstəricilərinə nə qədər təsir etdiyini biz əyani şəkildə görürük. Ona görə də qadınların savadlılığının və təhsil səviyyəsinin artırılması çox vacibdir. Qadınların təhsildə iştirakı xüsusilə oxuma qabiliyyəti baxımından qızların nəticələri oğlanlara nisbətən daha yüksəkdir. 10 yaşa çatana kimi qızların nəticələri daha yüksək olur. Amma ondan sonra qadınların təhsil göstəricilərinin azaldığını görürük",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti