Bakı. Trend:
Doğma yurduma qayıtdığım üçün çox sevinirəm və həyəcanlıyam.
Bunu Trend-ə açıqlamasında Ballıca kənd sakini Zərifə Əhmədova Xocalıya növbəti köç zamanı hisslərini bölüşərkən bildirib.
Onun sözlərinə görə, Xocalıdan çıxarkən 22 yaşı var idi:
“İndi 55 yaşım var. Bu yaşımda öz vətənimə qayıdıram. Xocalını tərk edərkən bir övladım var idi. İndi amma yeddi nəvəm, gəlnim və övladlarımla doğma yurduma qayıdıram”.
Z.Əhmədova anasının, qayınanasının və başqa yaxınlarının bu anları görmədiyinə üzüldüyünü də dilə gətirib:
“Çox şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin”.
Qeyd edək ki, fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.