...

Ağdamdakı qəzada xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 6 Mart 2025 21:50 (UTC +04:00)
Ağdamdakı qəzada xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci il tarixində saat 19:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti