...

Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA

Cəmiyyət Materials 17 Mart 2025 10:40 (UTC +04:00)
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının 30-u Ramazan bayramıdır. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının verilməsinin vaxtı Ramazan ayının son günüdür. İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, bir insan minimum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarmalıdır.

"Fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəklində vermək olar.

Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir.

İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti