...

Qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞ dollarına çatacaq

Cəmiyyət Materials 11 Aprel 2025 10:45 (UTC +04:00)
Qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞ dollarına çatacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞ dollarına çatacaq.

Trend xəbər verir ki, bu sözləri Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov ADA Universitetində keçirilən 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər bu rəqəmin 1,8 trilyon ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır.

"Süni intellekt 2030-cu ilə qədər qlobal iqyisadiyyata 15,7 trilyon dollar əlavə dəyər qatacaq. Mən vurğulamaq istərdim ki, bu, qlobal iqtisadiyyatın hazırkı həcminin 14%-ni təşkil edir", - o deyib.

İcraçı direktor bildirib ki, super kompüterlər, internet olmadan süni zəkadan istifadə etmək qeyri mümkündür.

"Məsuliyyətli süni zəka çox əhəmiyyətlidir. Bizim öhtəliyimiz süni zəkanın sahələr üzrə istifadəsini təkminləşdirməkdir.

Mən düşünürəm ki, biz süni zəka vasitələrini inküliziv vasitələrə çevirməliyik",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti