Bakı. Trend:
Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivinin nəqliyyat əlçatanlığı artırılıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 km uzadılıb.
Qeyd edilib ki, dəyişiklik nəticəsində "Koroğlu" NMM - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.