...

Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir - QMİ sədri

Cəmiyyət Materials 11 İyun 2025 15:54 (UTC +04:00)
Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir - QMİ sədri
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib.

Trend xəbər verir ki, QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunduğunu xatırladıb.

“Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda və daha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün də israrla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqa xidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil, sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər”, - Allahşükür Paşazadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti