...

Bu il ali təhsil müəssisələri üçün 60914 plan yeri təqdim olunub - DİM sədri

Cəmiyyət Materials 11 Avqust 2025 11:07 (UTC +04:00)
Bu il ali təhsil müəssisələri üçün 60914 plan yeri təqdim olunub - DİM sədri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il bizdə 60914 plan yeri təqdim olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciətində məlumat verib.

O qeyd edib ki, dövlət sifarişli yerlərin sayı 28631-dir.

"Beləliklə bu il qəbul olanların demək olar ki, yarısından biraz az şəxslər dövlət sifarişi ilə oxuyacaqlar. Onların dövlət sifarişi ilə təhsil alması üçün bütün şəraitlər yaradılıbdır. Məsələ bundadır ki, hər qrup üzrə dövlət sifarişli yerlərin sayı və müsabiqə vəziyyəti müxtəlifdir",- deyə DİM sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti