...

Cəzaçəkmə müəssisəsində məhkuma gətirilən sovqatda mobil telefon və bıçaq tapıldı

Gündəm Materials 23 Sentyabr 2025 10:15 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsində məhkuma gətirilən sovqatda mobil telefon və bıçaq tapıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Nazirlikdən Trend-ə verilən məlıumata görə, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqlıq və 1 ədəd bıçaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti