...

Bəzi hallarda işəgötürən məsul vəzifələrə götürdüyü işçini asanlıqla vəzifədən azad edir – Vüqar Bayramov

Cəmiyyət Materials 10 Dekabr 2025 13:15 (UTC +04:00)
Bəzi hallarda işəgötürən məsul vəzifələrə götürdüyü işçini asanlıqla vəzifədən azad edir – Vüqar Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma Əmək Məcəlləsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin bağlanmasıdır.

“Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti