...

Yollarda görünüş məsafəsi məhdudlaşır

Cəmiyyət Materials 7 Yanvar 2026 09:21 (UTC +04:00)
Yollarda görünüş məsafəsi məhdudlaşır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti