...

Daşınmaz əmlaka dair texniki sənədlərin həqiqiliyini onlayn formada yoxlamaq mümkündür - Dövlət Xidməti

Cəmiyyət Materials 7 Yanvar 2026 09:46 (UTC +04:00)
Daşınmaz əmlaka dair texniki sənədlərin həqiqiliyini onlayn formada yoxlamaq mümkündür - Dövlət Xidməti
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin olunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq edilən innovativ dəyişikliklər həm mülkiyyətçilər, həm də mülkiyyət sahibi olmaq istəyənlər üçün daha etibarlı hüquqi əməliyyatlar aparmağa imkan yaradır.

Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, mülkiyyətçilər daşınmaz əmlaka dair texniki sənədlərini onlayn olaraq qeydiyyat və reyestr nömrələrini qeyd etməklə yoxlaya bilirlər.

Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə ”www.e-services.economy.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlaka dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxış keçirmək olar. Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış etmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqında dolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilən nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki pasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları, daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.

Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat almaq imkanı yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti