Bakı.Trend:
Sabah paytaxtın bəzi ərazilərində qazın verişilində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nizami rayonunda isə yeraltı orta təzyiqli xətdə sızmanın ləğv olunması məqsədi ilə yanvarın 8-i saat 10:00-dan bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
