Bakı. Trend:
Azərbaycanda minimum əməkhaqqı məbləğləri müxtəlif istehsal sahələri üzrə ayrıca hesablanması faydalı olar.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.
Millət vəkili bildirib ki, bəzi sektorlarda maaşlar kifayət qədər yüksəkdir:
“Orada minimum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin sektorda maaş ödənişlərinə təsir göstərir. Əslində minimum əməkhaqqı ilə bağlı meyarlar müəyyənləşib. Bəzi sektorlarda bunu etmək mümkündür. Məsələn, neft sektorunda daha yüksək maaşın daha yüksək əməkhaqqını müəyyən edə bilərik. Bunun ayrıca araşdırmağa ehtiyac var. Sektoran həddi müəyyənləşdirmək ölkə üzrə orta minimum əməkhaqqına təsir göstərə bilər. Sektor üzrə məbləğ yüksəkdirsə, ortalama yüksələcək”.
