Bakı. Trend:
Ötən il İnzibati kollegiyada baxılan 3 246 işdən 27,4 faizi üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirilib.
Məlumata görə, işlərin 47 faizi üzrə kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edilməsi səbəbindən mümkün sayılmayıb.
Eyni zamanda, baxılan işlərin 14 faizi üzrə qərarlar ləğv edilib. Statistikaya görə, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz iş üzrə isə məhkəmə qərarı dəyişdirilib.
