Bakı.Trend:
Tovuzun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq göstərilən qaz xəttindən qidalanan Əlibəyli, Hacallı, Yuxarı Mülkülü , Aşağı Öysüzlü, Yuxarı Öysüzlü kəndlərinin sabah saat 09:30-dən işlər başa çatanadək qaz təminatı dayandırılacaq.
