...

AZƏRBAYCAN CÜDOÇULARI AVROPA OLİMPİYA FESTİVALINDA DÖRDÜNCÜ MEDALI QAZANIBLAR

Cəmiyyət Materials 7 İyul 2005 15:45 (UTC +04:00)

İtaliyada keçirilən gənclər arasında Avropa Olimpiya festivalında Azərbaycan yığması daha bir medal qazanıb.

Trend in məlumatına görə, dördüncü mükafatın müəllifi cüdoçu Asəf Əliyevdir. O, 73 kq-dək çəki dərəcəsində "bürünc" medal qazanıb. Atletimiz yunan Kristos Antoniu ilə döyüşdə qalib gəlib, daha sonra isə Çexiyanın nümayəndəsi Adam Jestrebskini məğlub edib.

Dörddə bir finalda A.Əliyev İsrail idmançısı Omri Torontovadan güclü olub və yarımfinalda Rusiya idmançısı Yevgeni Kaurova uduzub. Lakin Asəf sonradan Fransız Beno Roşe və italyanCovanni Karollonu uda bilib və bürünc mükafatı qazanıb.

Xatırladaq ki, Azərbaycanın cüdo komandası İtaliyada artıq iki qızıl və iki bürünc medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti