...

MƏTBUAT ŞURASININ SON İKİ AYLIQ FƏALİYYƏTİ QİYMƏTLƏNDİRİLƏCƏK

Cəmiyyət Materials 10 Avqust 2005 20:14 (UTC +04:00)

Avqustun 15-də Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib. İclasda MŞ-nin son iki ayda gördüyü işlərlə bağlı qurumun sədrinin hesabatı dinləniləcək. Sonra hesabat İdarə Heyəti üzvləri tərəfindən qiymətləndiriləcək.

MŞ-nin şikayətlər üzrə komissiyasının sonuncu iclasında müzakirəyə çıxarılmış şikayətlərə dair verilən rəylər də İdarə Heyətinin iclasının gündəliyinə daxil edilib. İclasda şikayətlər üzrə komissiyanın rəyləri müzakirə edilərək qərarlar qəbul ediləcək.

Rəylər əsasında 7-8 qərarın çıxarılması gözlənilir. Həmçinin gündəliyə əsasən, təşkilati işlər və cari məsələlər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti