...

VÜQAR HƏŞİMOV İSTAMBULDA KEÇİRİLƏN ŞAHMAT FESTİVALINDA LİDERLƏR SIRASINDADIR

Cəmiyyət Materials 30 Avqust 2005 17:17 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Vüqar Həşimov İstambulda keçirilən beynəlxalq şahmat festivalında uğurla çıxış edir.

Trend agentliyi bildirir ki, keçirilmiş yeddi turdan sonra Avropa çempionatının iştirakçısı altı xal toplayıb və liderlər qrupuna daxil olub.Vüqarla eyni olaraq daha səkkiz idmançı bu göstəricini əldə edib.Onların sırasında gürcüstanlı Mixail Kekelidze, Zviyad İzoriya, Konstantin Şanava, Tamaz Qelaşvili, David Şenqeliya, həmçinin Jivko Bratanov vardır. Liderliyi əldə saxlayan Aleksandr Karpaçev V.Həşimovdan yalnız 0,5 xal üstündür. Beləliklə, medal uğrunda mübarizə hələ qarşıdadır.

Qeyd etmək lazımdır ki, festivalda həmçinin Sərxan Həşimov da iştirak edir, beş turdan sonra onun 3,5 xalı vardır.

Xəbər lenti

Xəbər lenti