...

BU GÜNLƏRDƏ HİRKAN MİLLİ PARKININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 7 Sentyabr 2005 15:35 (UTC +04:00)

Sentyabrın 8-9-da Lənkəran-Astara zonasında Hirkan Milli parkının açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Mərasimin yüksək səviyyədə keçirilməsi planlaşdırılır və ölkə prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə, həmçinin, hökumət orqanları və müxtəlif təşilatların nümayəndələri də iştirak edəcəklər.

Nazirlik Hirkan meşələrinin UNESCO irsinin ümumdünya siyahısına daxil edilməsi üçün sənədlər hazırlayaraq Ümumdünya irs mərkəzinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti