...

"AZƏRBAYCANLILARIN GÜRCÜSTANA QARŞI TƏLƏBLƏRİ OBYEKTİV XARAKTER DAŞIYIRSA, ONDA ONLAR HƏLL OLUNACAQ"

Cəmiyyət Materials 7 Sentyabr 2005 16:24 (UTC +04:00)

"Rəsmi Tbilisi Azərbaycan icmasının Gürcüstandakı vəziyyəti ilə bağlı məsələləri xüsusi diqqətlə izləyir". Trend in ANS telekanalına istinadən yaydığı məlumata görə, belə bir bəyanatla sentyabrın 7-də Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze məlumat verib.

"Əsas odur ki, etiraz aksiyaları arxasında hər hansı bir qüvvənin durmamasıdır. Onda azərbaycanlıların Gürcüstandakı problemləri müvəqqəti xarakter daşıyacaq və son nəticədə həll olunacaq", -deyə gürcü diplomatı bildirib.

O qeyd edib ki, əgər Kvemo-Kartli regionunun sakinlərinin tələbləri obyektiv xarakter daşıyırsa, bu məsələ KİV orqanlarının dövlətlərarası münasibətləri pozmaq məqsədilə təhrikçilik cəhdi olmasa, onlar həmin problemlər öz həllini tapacaq.

"Gürcüstan tərəfi bunun üçün bütün zəruri tədbirləri görür", - deyə Z. Qumberidze bildirib.

Xəbər lenti

Xəbər lenti