...

AİB UŞAQ BAĞÇALARININ İNKİŞAFI PROQRAMININ GERÇƏKLƏŞDİRİLMƏSİ ÜÇÜN $18 MLN. KREDİT AYIRMAĞA HAZIRDIR

Cəmiyyət Materials 7 Sentyabr 2005 19:50 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) Azərbaycanda uşaq bağçalarının inkişafı proqramının gerçəkləşdirilməsi üçün $18 mln. kredit ayırmağa hazırdır. Trend bildirir ki, bu barədə AR təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, proqramın ümumi dəyəri $24 mln. təşkil edir.Qalan - $ 6 mln. məbləğini Azərbaycan hökuməti ödəməlidir.Nazir bildirib ki, ilkin olaraq proqram ölkənin 12 pilot rayonunda gerçəkləşdiriləcək.O, qeyd edib ki, proqramın layihəsi artıq hazırlanıb və ölkə hökumətinə baxılmaq üçün təqdim edilib.

Xəbər lenti

Xəbər lenti