...

MİSİR MƏRDANOV: AZƏRBAYCANDA 12 İLLİK İŞ STAJINA MALİK SAXTA DİPLOMLU MÜƏLLİMLƏR FƏALİYYƏT GÖSTƏRİR

Cəmiyyət Materials 8 Sentyabr 2005 11:15 (UTC +04:00)

"Azərbaycaeda 10 ildən artıqdır ki, saxta diplomla fəaliyyət göstərən müəllimlər var". Bunu jurnalistlərə ölkədə belə faktların olmasını təsdiq edən təhsil naziri Misir Mərdanov etiraf edib.

Onun sözlərinə görə, belə fakt 12 illik iş stajına malik müəllimin saxta diplomla çalışdığı Astara rayonunda aşkar olunub. "Bu gün ölkədə saxta diplomların, şəhadətnamələrin və digər sənədlərin hazırlanması ilə məşğul olan adamlar mövcuddur. Bəzi şəxslər onlardan saxta sənəd alaraq müəllim kimi işə düzəlir və uzun müddət hamını aldadırlar.

Təhsil Nazirliyi belə neqativ hallarla mübarizəni gücləndirmək niyyətindədir", - deyə nazir qeyd edib.

Nazir Azərbaycanın təhsil sahəsində köklü dəyişikliklərin edilməsinin zəruriliyini hesab edir. Onun fikrincə, sovet təhsil sistemindən imtina edərək müasir avropa sisteminə keçmək lazımdır.

Xəbər lenti

Xəbər lenti