Bu il Qafqaz müsəlmanları İdarəsi (QMİ) ilə yanaşı Azərbaycanın 3 turizm firması da Məkkəyə zəvvarların həc ziyarətini təşkil edir.Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyinin turizm Baş idarəsi rəisinin müavini Xanoğlan Güləliyev bildirib.
Onun sözlərinə görə, bu, "TUR", "Karvan D" və "Prezident" şirkətləridir. QMİ həmin şirkətlərə 400 yerlik kvota ayırıb.Hazırda firma ziyarətə getmək istəyən zəvvarlardan sənəd qəbulu üzrə iş aparır.
Eyni zamanda qeyd olunub ki, bu il "Effekt Travel" şirkəti "Umra" ziyarəti üçün səfərlər təşkil edir. "Effekt Travel" şirkətinin nümayəndəsi Vüqar Şükürov bildirib ki, şirkət həmçinin QMİ-dən "Umra" ziyarətinin səfərləri üçün də kvota alıb.
Xatırladaq ki, 2005-ci ildə QMİ Həc dövründə 2800 yer ayırıb. Bundan 2600 yer Azərbaycan Respublikasının vətəndaşları, 200 yer isə Azərbaycanda yaşayan xarici vətəndaşlar üçün nəzərdə tutulub.
Bu barədə QMİ və Səudiyyə Ərəbistanının Həc işləri üzrə Nazirliyi arasında artıq müqavilə imzalanıb.