...

JURNALİSTLƏR ÜÇÜN SEMİNAR ÖZ İŞİNƏ BAŞLAYIB

Cəmiyyət Materials 14 Sentyabr 2005 16:31 (UTC +04:00)

Sentyabrın 14-də jurnalistlər üçün Beynəlxalq Jurnalistlər Mərkəzi (Vaşinqton) tərəfindən təşkil edilmiş biznes və iqtisadiyyata həsr olunmuş seminar öz işinə başlayıb. Seminar Norveçin Statoil neft şirkəti tərəfindən maliyyələşdirilir.

Trend in xəbər verdiyi kimi, seminarda biznes haqqında məqalələrdə statistikanın əhəmiyyəti, əsas iqtisadi göstəricilər, ÜDM üzrə statistik məlumatlara dair məsələlər, həmçinin, fakt, təhlil və fikir arasında müxtəliflik kimi peşəkar jurnalist standartları üzrə treninqlər, press-relizlərlə işləmək və biznesə dair materiallarda çoxsaylı mənbələrdən istifadə kimi məsələlər, ölkə və region üzrə biznes haqqında vacib məlumatlar müzakirəyə çıxarılıb.

Seminar iki gün davam edəcək və fond birjası, özəl, dövlət və ictimai müəssisələr arasında fərqlər, özəlləşdirmə, xarici investorlarla bağlı məsələlər, tənzimləyici orqanlar və dövlət strukturları haqqında materialların yazılması, müsahibə aparma metodları, sitatlardan istifadə etməklə ixtisaslaşdırılmış sahələrin təsviri, məlumatların mənbələrlə əlaqələndirilməsi və s. mövzular da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti