"Serbiya ilə qarşılaşma Avropa çempionatının yarımfinalçısının müəyyən olunmasında həlledici ola bilər". Bu barədə Trend ə Azərbaycan yığmasının voleybolçusu İnessa Qorxmaz Xorvatiyada keçirilən qitə birinciliyinin qrup mərhələsinin 4-cü turu ərəfəsində bildirib.
O qeyd edib ki, komanda yarış təqvimindəki bir günlük fasilədən tam istifadə edərək Almaniya ilə ağır qarşılaşmadan sonra öz gücünü bərpa edib. İ.Qorxmazın sözlərinə görə, serblərlə görüş ilk növbədə psixoloji cəhətdən daha da ağır keçəcək. "Hər iki yığma çox gözəl başa düşür ki, qarşıdakı matçda qələbə onların pley-off mərhələsinə çatmaq şansını artırır", - deyə o bildirib.
Xatırladaq ki, "A" qrupunda Polşa birinci yerdədir.