...

AZƏRBAYCAN BOKSÇULARI "KƏHRƏBA ƏLCƏK" UĞRUNDA MÜBARİZƏ APARIRLAR

Cəmiyyət Materials 21 Sentyabr 2005 13:01 (UTC +04:00)

Azərbaycanın boks üzrə komandası sentyabrın 21-də Kalininqradda start götürən "Kəhrəba əlcəklər" ənənvi beynəlxalq turnirdə iştirak edirlər.

Trend in məlumatına görə, kollektivin tərkibinə Samir Məmmədov (51 kq), Elşən İsmayılov və Rahim Nəcəfovad (hər iki 54 kq), Romal Amanov (60 kq), Avropa çempionatının bürünc mükafatçıları Ruslan Xairov (69 kq) və Cavid Tağıyev (75 kq), Anar Mirzəyev (81 kq), Elçin Əlizadə və Azər Məmmədov (91 kq), eləcə də Fikrət Rəhimov (+91 kq) daxildir.

Yarışda 20 ölkənin dəri əlcək ustasının iştirak edəcəyi gözlənilir. Azərbaycanın boks üzrə Milli Federasiyasının prezidenti Ağacan Əbiyev turnirin texniki komitəsinə rəhbər təyin edilib.

Qeyd etmək lazımdır ki, Kalininqraddakı yarış komandaların noyabrda Pekində keçiriləcək dünya çempionatına hazırlıq mərhələsidir.

Xəbər lenti

Xəbər lenti