...

QAFQAZ XALQLARININ ALİ DİNİ ŞURASI RADİKAL DİNİ QÜVVƏLƏRƏ QARŞI MÜBARİZƏDƏ SƏYLƏRİNİ ARTIRIR

Cəmiyyət Materials 22 Sentyabr 2005 14:37 (UTC +04:00)

Qafqaz xalqlarının Ali dini şurası radikal dini qüvvələrə qarşı mübarizədə səylərini artırır. Trend bildirir ki, sentyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadə Bakıda şura iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bu barədə bəyan edib.

Onun sözlərinə görə, Qafqazda sülhün bərqərar edilməsi məsələsi çox incə məsələdir.O, bildirib ki, Qafqaz xalqlarının hər biri terrorizm, separatizm və digər müxtəlif hərəkatlardan müəyyən mənada əziyyət çəkib. A.Paşazadə Çeçenistanda, Azərbaycanda, Beslanda və digər yerlərdə baş vermiş hadisələri xatırladıb.

Onun sözlərinə görə, biz öz xalqlarımız qarşısında məsuliyyətimizi və vəzifələrimizi dərk edərək bütün Qafqazda möhkəm sülh və xeyirxah həmrəyliyin əldə olunmasında səylərimizi birləşdirməliyik.

"Biz təcavüz, terrorizm, separatizm kimi antihumanist əməllərin hər bir təzahürünü qəti pisləyirik"-deyə o bəyan edib.A.Paşazadə həm də bəyan edib ki, Qafqaz xalqlarının dini seçimləri bu xalq əleyhinə olan qüvvələrin ifşası məqsədilə bütün səylərini birləşdirmək üçün öz üzərlərinə öhdəlik götürüb.

Qafqazın din xadimləri də Qafqazın dövlət başçılarının bu məsələlərə diqqət ayırmasının zəruri olduğunu hesab edir.Ali dini şuranın Bakıda keçirilən iclasının yekunlarına əsasən qətnamə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti