FİFA-nın Azərbaycandan olan 6 əsas hakimi növbəti mövsümdə beynəlxalq görüşlərdə xidmət göstərəcəklər.
AFFA-dan Trend ə verilən məlumata görə, yeni ildə Avropa səviyyəsində görüşlərə Xaqani Məmmədov, Fariz Yusifov və Babək Quliyev hakimlik edəcəklər. Bu arada Anar Niyazov və Azər Məmmədov futzal üzrə oyunlara, Venera Muradova isə qadınlar arasında yarışlara münsiflik edəcəklər. Dərc olunmuş siyahıya görə, Azərbaycan çempionatının Ali Liqasından və hakimlikdən uzaqlaşdırılan İmamxan Sultani və Zöhrab Hadıyev FİFa və UEFA-nın himayəsi altında keçirilən oyunlara hakimlik edə bilməzlər. Həmçinin, Azərbaycan yeni mövsümdə Azad Hüseynov, Ramiz Əsədov, İlham Əliyev, İlham Əliyeva, Mehman Mahmudov, Elman Musayev, Aydın Ələkbərov və Nuranə Muradovanın şəxsində FİFA-nın 6 hakimi kimi təmsil olunacaq.