...

AZƏRBAYCAN VƏ YUNANISTAN TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALAYACAQ

Cəmiyyət Materials 29 Sentyabr 2005 18:20 (UTC +04:00)

Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.Bu barədə Trend ə AR təhsil nazirlyiinin xarici əlaqələr və əlaqələndirmə idarəsinin rəisi Mahir Əliyev bildirib.

Sənəddə kadr hazırlığı, tələbə və iki ölkə müəllimlərinin mübadiləsi sahəsində əməkdaşlığın inkişafının konkret istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstanın ali məktəbləri arasında qarşılıqlı əlaqələrin yaradılması sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Saziş həmçinin diplomların tanınması və iki ölkənin ali məktəbləri proqramlarının yaxınlaşdırılmasını nəzərdə tutur.Ola bilsin ki, sənəddə iki ölkə universitetlərinin qarşılıqlı münasibətləri və tələbələrə təqaüdlərin verilməsi məsələsi də öz əksini tapacaq.

Sazişin imzalanması Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstana qarşıdakı rəsmi səfəri çərçivəsində gözlənilir.

Xəbər lenti

Xəbər lenti