...

AZƏRBAYCANDA "İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ MİLLİ TƏSİSATLAR TƏRƏFİNDƏN AVROPA STANDARTLARININ TƏTBİQ OLUNMASI" MÖVZUSUNA DAİR SEMİNAR KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 12 Oktyabr 2005 10:38 (UTC +04:00)

"Dekabrın 8-9-da Azərbaycanda "İnsan hüquqlarının müdafiəsi sahəsində milli təsisatlar tərəfindən Avropa standartlarının tətbiq olunması" mövzusuna həsr olunmuş seminar keçiriləcək". Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından məlumat verilib.

Seminar Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təklifi ilə Avropa Şurası tərəfindən keçirilir və insan hüquqları üzrə Avropa konvensiyasının qəbul olunmasının 55 illiyinə həsr olunub.

Seminarın iki mərhələdə - əvvəlcə Bakıda, daha sonra isə Qubada keçiriləcəyi nəzərdə tutulub.

Seminarda "İnsan hüquqlarının müdafiəsi sahəsində ombudsmanın rolu", "Dövlət orqanlarının işində insan hüquqları üzrə Avropa konvensiyasının tətbiqi", "Avropa sosial xartiyası və insan hüquqları" və digər mövzulara dair məruzələr dinləniləcək.

Tədbirdə tanınmış və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti