...

AZƏRBAYCAN ŞAGİRDLƏRİN UĞURLARININ QİYMƏTLƏNDİRİLMƏSİ PROQRAMININ REALLAŞDIRILMASININ QAYDALARI BARƏDƏ HESABATI TƏQDİM EDİB

Cəmiyyət Materials 12 Oktyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycan "Şagirdlərin uğurlarının qiymətləndirilməsi- PISA-2006" beynəlxalq proqramının reallaşdırılmasının qaydaları barədə hesabatı təqdim edib. Bu barədə Trend ə Azərbaycan Təhsil Nazirliyinin şagirdlərin uğurlarının qiymətləndirilməsi şöbəsinin müdiri Talıb Şərifov məlumat verib.

Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi respublikanın 3 rayonundakı (Ucar, İsmayıllı və Əli-Bayramlı, eləcə də Bakı və Sumqayıtda ) 46 ümumtəhsil və texniki peşə məktəblərində pilot layihələri həyata keçirir. Şagirdlərin bilik və bacarıqları mənimsəmək səviyyəsi öyrənilir və əldə olunan biliklərin istifadə imkanları qiymətləndirilir.

PISA proqramları 3 ildə bir dəfə həyata keçirilir. O, şagird və müəllimlərin fənnin öyrənilməsminə, şagirdlərin bilik və bacıraqlarının qiymətləndirilməsinə yönəlib. Bundan əvvəlki PISA -2003 proqramı 41 ölkənin 250 milyon şagirdini əhatə edib. Proqrama Avstraliya, Niderland, ABŞ və Yaponiyanın 5 aparıcı elmi-təhsil strukturunun konsorsiumu rəhbərlik edir. Proqramın mənzil-qərargahı Parisdə yerləşir. Azərbaycan 2005-ci ildən bu proqramın üzvüdür.

Xəbər lenti

Xəbər lenti