Oktyabrın 31-də Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin vəkili Fikrət Mirzəyev Apellyasiya Məhkəməsinə müraciət edib. Bu barədə Trend ə vəkil məlumat verib.
Məhkəmə iclası oktyabrın 29-da axşam saatlarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində keçirilib. İclasa Nəsimi rayon Məhkəməsinin hakimi Hilal Xəlilov sədrlik edib. Eldar Salayev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarılıb. Lakin müdafiə tərəfi qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, E.Salayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,220.1 (kütləvi iğtişaşın törədilməsinə hazırlıq) və 278-ci (antikonstitusion yolla dövlət hakimiyyətini ələ keçirmə və saxlanma cinayətlərinə cəhd) maddələri ilə təqsirli bilinir.