...

KfW-nin nümayəndəsi və səhiyyə naziri vərəm əleyhinə layihənin reallaşdırılması məsələlərini müzakirə edir

Cəmiyyət Materials 3 Noyabr 2005 17:28 (UTC +04:00)

Almaniyanın KfW Yenidənqurma Bankı Azərbaycanın yeni səhiyyə naziri Oktay Şirəliyevlə görüşmək istədiyini bildirib. Bankın Bakı nümayəndəliyindən Trend ə bildirilib ki, görüş noyabrın 7-11-də KfW -nin su təchizatı və səhiyyə bölməsinin rəhbəri Kurt fon Rabenaonun Azərbaycana səfəri çərçivəsində həyata keçiriləcək.

Görüş "Vərəmə qarşı mübarizə və vərəmə nəzarət" proqramının reallaşdırılması məsələsinin müzakirəsi ilə bağlı keçiriləcək.

"Noyabrda vərəm xəstələri üçün tibbi laboratoriyanın tədarükü üzrə tenderə yekun vurulacaq. Seçmə KfW, Azərbaycanın Səhiyyə Nazirliyi və məsləhətçilər tərəfindən keçiriləcək. Hazırki anda Azərbaycana zəruri dərman preparatları tədarükü olunur ", - deyə bankdan bildirilib.

Layihənin podratçılarının seçilməsini Almanyianın GTZ texniki əməkdaşlıq cəmiyyəti tərəfindən aparılır. Laboratoriyanın tikintisinin $0,25 milyona başa gələcəyi planlaşdırılıb. Tikintinin 2005-ci ilin sonlarında başlanılacağı, 2006-cı ilin martında isə başa çatacağı planlaşdırılıb. Bu obyekt Azərbaycanın mərkəzi vərəm laboratoriyası olmalıdır.

KfW-nin "Vərəmə qarşı mübarizə və vərəmə nəzarət" proqramına 5 il müddətinə 3 milyon avro qrant ayırması barədə Azərbaycanla Almaniya arasında hökumətlərarası razılaşma 2004-cü ildə imzalanıb. Vəsait Bakıda və respublikanın 5 regionunda müasir avadanlıqlarla təchiz olunan xüsusi laboratoriyanın yaradılmasına, ölkəyə vərəmin müalicəsi üçün dərman preparatlarının gətirilməsinə yönəldilib. Qrant KfW -nin Qafqaz üzrə regional proqramı çərçivəsində ayrılacaq. Azərbaycan üçün təqdim olunan məbləğ Gürcüstan və Ermənistan üçün ayrılan vəsaitdən iki dəfə artıqdır.

Xəbər lenti

Xəbər lenti