...

Boks üzrə Azərbaycan yığması dünya çempionatında 2 gümüş və bir bürünc medal qazanıb

Cəmiyyət Materials 21 Noyabr 2005 12:29 (UTC +04:00)

Boks üzrə Azərbaycan yığması Çində başa çatmış dünya çempionatında 2 gümüş və bir bürünc medal qazanıb.

Trend in xəbər verdiyi kimi, finalda 60 kq çəki dərəcəsində Romal Amanov 28:42 hesabla kubalı İordanes Uqas Ernandesə məğlub olub. 91 kq çəki dərəcəsində Elçin Əlizadənin isə aldığı zədədən həlledici döyüşdə rusiyalı Aleksandr Alekseyevlə görüşü baş tutmayıb. Emil Məhərrəmov (64 kq) isə bürünc mükafata layiq görülüb. Nəticədə yığmamız mundialın ən yaxşı komandaları sırasına daxil olub.

Qeyd elək ki, medalların sayına görə birinci yerdə Kuba, ikinci yerdə isə 3 qızıl medalla Rusiyadır. Qazaxıstan boksçkuları aktivlərinə iki qızıl, Çin və Koreya isə hərəsinə 1 qızıl medal yazdırıb.

Xəbər lenti

Xəbər lenti