Göyçay və Qubada müvəqqəti saxlanma təcridxanalarının tikintisinə başlanılıb. Trend bildirir ki, bu barədə hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. O, bildirib ki, adıçəkilən rayonların polis şöbələrinin müvəqqəti saxlanma təxcridxanaları standartlara uyğun deyil, həmin təcridxanalarda saxlanılan şəxslərin saxlanma vəziyyəti olduqca dözülməzdir.
O, həmçinin digər rayonların polis şöbələrində müvəqqəti saxlanma təcridxanalarının yenisi ilə əvəz ediləcyini bildirib.